Yuliya Timoşenkonun işi üzrə açıq dinləmələr avqustun 28-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsində başlanacaq

Yuliya Timoşenkonun işi üzrə açıq dinləmələr avqustun 28-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsində başlanacaq
# 22 avqust 2012 22:05 (UTC +04:00)
Bakı – APA. Ukraynanın sabiq baş nazir Yuliya Timoşenkonun işi üzrə açıq dinləmələr avqustun 28-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsində (İHAM) başlanacaq.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna televiziyası məlumat yayıb.
Bildirilib ki, jurnalistlərin iştirakına açıq olan dinləmələrin ardınca məhkəmə iclasını qapalı rejimdə davam edəcək. Timoşenkonun vəkilləri sabiq baş nazirin həbsinin əsasız, siyasi motivlərlə olması iddiası ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ediblər. İHAM bu şikayətə prioritet statusu verərək yaxın zamanda baxılmasına razılıq verib.
Xatırladaq ki, Timoşenko 2011-ci ilin avqustun 5-də Kiyevin Peçorski məhkəməsinin qərarı ilə həbs olunub. O Rusiya ilə təbii qaz razılaşmaları imzalayarkən səlahiyyət həddini aşmaqda və Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz”a zərər vurmaqda günahkar bilinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR