«Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan» ötən il aktivlərini 3 dəfə artırıb

«Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan» ötən il aktivlərini 3 dəfə artırıb
# 01 mart 2012 08:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan» bankının aktivləri 2011-ci ildə 2,8 dəfə artaraq 171,5 mln. lariyə (80,6 mln. manat) çatıb. ABB-dən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalı 1,9 dəfə artaraq 22,7 mln. lariyə (10,670 mln. manat).

Ötən ilin sonuna bankın kredit portfelinin həcmi 62,4 mln. lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur. «ABB-Gürcüstan» bankının baş direktoru Samir Vəliyevin sözlərinə görə, bank Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri üçün aparıcı bankdır və bu istiqamətdə fəaliyyətin genişlənməsi müşahidə olunur. Ötən il ərzində bankın müştərilərinin sayı 994-ə çatıb ki, bu da əvvəlki ilə nisbətən 38,6% çoxdur.

Qeyd edək ki, «ABB-Gürcüstan» 2007-ci ildən fəaliyyət göstərir. Bankın təsisçiləri sırasında Azərbaycan Beynəlxalq Bankı (75%), «Azərbaycan Sənaye Bankı» (12,5%) və bir fiziki şəxs (12,5%) var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR