Ağdamın Üçoğlan kəndində elektrik enerjisi problemi yaranıb

Ağdamın Üçoğlan kəndində elektrik enerjisi problemi yaranıb
# 08 fevral 2012 19:07 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamın Üçoğlan Ərazi Vahidliyinin Üçoğlan kəndində elektrik transformatorunun yanması nəticəsində 45 ev işıqsız qalıb. Yerli sakinlər APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, fevralın 8-də səhər saatlarında transformatorun sıradan çıxması haqda rayon paylayıcı elektrik şəbəkəsinə məlumat verilsə də, bu qurumdan bildirilib ki, qurğunun təmiri bir neçə gündən sonra mümkün olacaq.
Günün sonu olduğundan sözügedən idarədən məsələyə münasibət almaq mümkün olmayıb. APA-nın Qarabağ bürosu xəbər verir ki, Üçoğlan kəndində yaranan vəziyyət son günlər baş verən qeyri-sabit hava şəraitində qeydə alınan ilk qəza hadisəsidir. Bu günə qədər rayonun digər yaşayış məntəqələrindən elektrik enerjisinin verilişi ilə bağlı aidiyyatı idarə və təşkilatlara heç bir şikayət daxil olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR