Milli Məclis beynəlxalq sənədləri təsdiqləyib

Milli Məclis beynəlxalq sənədləri təsdiqləyib
# 07 mart 2012 13:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin iclasında "Azərbaycan Respublikası hökuməti və Litva Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, saziş layihəsi barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Sonra “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub. Hər iki layihə səsverməyə çıxarılaraq qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR