ABŞ Suriyaya hərbi müdaxiləni dəstəkləmir

ABŞ Suriyaya hərbi müdaxiləni dəstəkləmir
# 13 mart 2012 04:58 (UTC +04:00)
Bakı-APA. ABŞ Suriyadakı vəziyyətin hərbiləşdirilməsini düz hesab etmirlər və hərbi müdaxilə ideyasını dəstəkləmirlər. ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner belə bir bəyanatla çıxış edib.

«Biz artıq bəyan etmişik ki, Suriyanın daha artıq hərbiləşdirilməsini yaxşı ideya saymırıq. Biz heç bir variantı gündəlikdən çıxarmırıq. Lakin indi bizim səylərimiz zorakılığa son qoyulmasına, Bəşər Əsədin qoşunları geri çəkməyə məcbur edilməsinə və həmin bölgəyə humanitar yardım çatdırılmasına yönəldilməlidir», deyə Toner bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR