Azərbaycan Vergilər Nazirliyi nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində iş aparır

Azərbaycan Vergilər Nazirliyi nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində iş aparır
# 09 fevral 2012 11:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin 2012-ci il üçün əsas prioritetləri büdcə gəlirlərinin artırılması və nağdsız ödənişlərin genişləndirilməsidir. «APA-Economics»in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, qarşıda dayanan vacib məsələlərdən biri də nağdsız ödənişlərin genişləndirilməsidir. Hazırda Vergilər Nazirliyi Mərkəzi Bankla birlikdə bu istiqamətdə addımlar atır: «Çalışırıq ki, bu il Mərkəzi Bankla və müvafiq banklarla birlikdə nağdsız ödənişlərə keçilməsi ilə bağlı həm qanunvericilik aktlarının möhkəmləndirilməsi, həm də əhali və vergi ödəyiciləri ilə aparılan işləri daha da gücləndirək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR