Azərbaycan sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşının apellyasiya şikayəti təmin olunmayıb

Azərbaycan sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşının apellyasiya şikayəti təmin olunmayıb
# 28 mart 2012 08:29 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşı Hüseyn Nijadi Həmidinin apellyasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Hüseyn Nijadi Həmidi Astara rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cİnayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsinə əsasən ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR