Rusiya İstintaq Komitəsi azərbaycanlı din xadiminin qətli ilə bağlı məlumat yayıb

Rusiya İstintaq Komitəsi azərbaycanlı din xadiminin qətli ilə bağlı məlumat yayıb
# 11 aprel 2012 12:08 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya İstintaq Komitəsi azərbaycanlı din xadiminin qətli ilə bağlı məlumat yayıb. APA-nın Moskva müxbirinin məlumatına görə, İstintaq Komitəsinin məlumatında bildirilib ki, 10 aprel 2012-ci il tarixində, gecə saat 02:00 radələrində Moskva şəhəri, Vtoraya Bretskaya 43 ünvanında üzərində zorakılıq əlamətləri, baş və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yaraları olan kişi meyiti tapılıb.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində üzərində zorakılıq əlamətləri olan cəsədin 33 yaşlı Moskva sakini Mətin Mehdiyev olduğu müəyyən edilib. İstintaq Komitəsi qətlin müxtəlif məqsədlə törədilmiş olduğu qənaətindədir. Əsas versiyalardan biri kimi qətlin qarət məqsədi ilə törədilməsi irəli sürülüb. Belə ki, qətldən sonra mərhumun üzərindən “Vertu” markalı bahalı mobil telefonu, içərisində 5-6 min rubl olan pul kisəsi və evin açarı oğurlanıb. Mərhumun heç yerdə işləmədiyi də bildirilib.

Faktla bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR