Azərbaycanın idman filmi "Ən yaxşı sənədli film" nominasiyasında I yerə layiq görülüb

Azərbaycanın idman filmi "Ən yaxşı sənədli film" nominasiyasında I yerə layiq görülüb
# 10 iyul 2012 11:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Rusiyanın Yakutsk şəhərində IV Beynəlxalq İdman Filmləri Festivalı başa çatıb. 150 filmdən ibarət əsas müsabiqə proqramı olan festivalda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Portuqaliya, Ukrayna, İran, Özbəkistan və bir çox başqa dövlətlərdən təqdim olunmuş müxtəlif səpkili idman filmləri bir neçə nominasiya üzrə nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan kinosunu festivalda rejissor Arzu Urşanın "Salnamə" studiyasında çəkdiyi "Top həm düşər, həm qalxar" filmi təmsil edib. Sözügedən film münsiflər heyətinin qərarı ilə festivalın "Ən yaxşı sənədli film" nominasiyasında I yerə layiq görülüb. Festivalın bağlanış mərasimində mükafat Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədova təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR