Azərbaycan turistləri üçün Yəmənin paytaxtına hava yolu açılıb

Azərbaycan turistləri üçün Yəmənin paytaxtına hava yolu açılıb
# 13 mart 2012 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti Dubaydan Sana şəhərinə birbaşa sərnişin aviareysi açır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Yəmənə hava yolunun açılması ilə «Flydubai» aviaşirkətinin marşrut xəritəsinə 11-ci Yaxın Şərq ölkəsi əlavə olunub. Sanaya uçuşlar aprelin 22-dən başlanacaq və həftədə 4 dəfə yerinə yetiriləcək. Dubaydan Sanaya bir aviabiletin qiyməti 155 ABŞ dollarından başlayacaq.

Qeyd edək ki, Sana dünyanın ən qədim şəhərlərindən biridir, eyni zamanda, Yəmənin siyasi və inzibati mərkəzidir. Burada ölkə sənayesinin 30% cəmləşib. Bu şəhərə aviareysin açılması iş adamlarına yeni biznes və investisiya imkanları yaradır.

Xatırladaq ki, «Flydubai» aviaşirkəti 2008-ci ilin mart ayında yaradılıb və həmən ilin iyun ayından etibarən uçuşlara başlayıb. Şirkəti 2009-cu ilin noyabr ayından Dubay-Bakı marşrutu üzrə aviareysi istifadəyə verib. Hazırda «Flydubai» 46 istiqamət üzrə uçuşlar yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR