Gələn il Azərbaycanda ali məktəblərə qəbul imtahanları Göyçay, Ağcabədi və Şirvanda da keçiriləcək

Gələn il Azərbaycanda ali məktəblərə qəbul imtahanları Göyçay, Ağcabədi və Şirvanda da keçiriləcək
# 09 iyul 2012 07:38 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə TQDK-nın Göyçay, Ağcabədi və Şirvanda regional bölmələri yaradılıb. Artıq TQDK həmin bölmələrə yer verilməsi üçün yerli icra orqanlarına müraciət edib: “Biz həmin bölmələrlə əlaqədar müsabiqə elan etmişik. Yerli icra orqanları da bu məsələni çox dəstəkləyirlər. Onlar bilirlər ki, həmin rayonlar bu proseslə əlaqədar regionun mərkəzinə çevriləcək. Biz istərdik ki, həmin regionlarda işləyən qabağcıl müəllimlər, pedaqoqlar həmin müsabiqələrdə iştirak etsinlər.
Sentyabr ayından həmin rayonlardakı bölmə rəhbərliyinə daxili müsahibə, sıravi işçilərin isə açıq müsabiqə əsasında seçilməsi nəzərdə tutulur. Gələn il yeni regional bölmələrdə də qəbul imtahanları keçiriləcək. Artıq bizim bu sahədə kifayət qədər təcrübəmiz var və bu işi təşkil edə biləcəyik”.

Qeyd edək ki, hazırda ali məktəblərə qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki və Lənkəranda keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR