Bakıda MDB Rabitə administrasiyaları başçıları Şurasının iclası keçirilib - FOTOSESSİYA

Bakıda MDB Rabitə administrasiyaları başçıları Şurasının iclası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 noyabr 2012 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə MDB ölkələrinin rabitə qurumlarının nümayəndə heyətləri qatılıb.

Tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini Abid Şərifov ölkə iqtisadiyyatında son illər baş verən dəyişikliklərdən danışıb. A.Şərifov İKT sahəsinin Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarından olduğunu deyib və bir sıra statistik məlumatları təqdim edib.

Rusiyanın rabitə və informasiya texnologiyaları naziri Nikolay Nikiforov isə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib. İnformasiya təhlükəsizliyi, internetin inkişafının qarşıda duran əsas məsələlərdən olduğunu bildirib.

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə jurnalistlərə açıqlamasında deyib ki, iclasın gündəliyinə 14 məsələ daxildir. Toplantıda iclaslararası dönəmdə görülən işlər müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR