Bakıda “Neft, Qaz və Media” konfransı işə başlayıb - FOTOSESSİYA - VİDEO

Bakıda “Neft, Qaz və Media” konfransı işə başlayıb - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 18 sentyabr 2012 07:49 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, toplantının əvvəlində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.

İştirakçılara konfransın işində uğurlar arzulayan prezident məktubunda bildirilir ki, Azərbaycan dünyanın alternativ enerji mərkəzlərindən birinə çevrilib. Şəffaflıq Təşəbbüsünə qoşulan ölkədə Dövlət Neft Fondu yaradılıb və fondun vəsaiti əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına, demokratiyanın inkişafına yönəldilir.

BMİ-nun icraçı direktoru Alison Betel Makkenzi toplantı təşkilatçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, üç gün davam edəcək konfransın keçirməsində əsas məqsəd azad mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsi, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir. Konfransda «Neft və Mətbuat azadlığı - Çirkli sularda buruq?», «Risk və Mükafatlandırma», «Məsələnin izlənilməsi (gündəmdə saxlanılması): Hökumət sizə nə deməlidir», «Tədqiqat, çıxarma və təhlükəsizlik», «Mənim ölkəm neftlə zəngindir, bəs mən niyə belə kasıbam?», «Bakı: Qara Qızıl Paytaxtı», «Neft kampaniyaları tərəfindən sosial medianın ictimai fikirlərlə mübarizədə istifadəsi» adlı mövzular müzakirə ediləcək.

Konfransın rəsmi informasiya tərəfdaşları arasında APA İnformasiya Agentliyi də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR