Kofi Annan Mahmud Əhmədinejadla görüşüb

Kofi Annan Mahmud Əhmədinejadla görüşüb
# 11 aprel 2012 21:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan aprelin 11-də axşam saatlarında İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. APA-nın məlumatına görə, Hörmüzqan əyalətində səfərdə olan M. Əhmədinejad K.Annanı Kəşm adasında qəbul edib. Kəşm Hava Limanında keçirilən görüşdə Suriya başda olmaqla dünya və bölgə ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, İranda ikigünlük səfərdə olan K. Annan planlaşdırıldığı kimi aprelin 11-də İranın xarici işlər naziri Əli Əkbər Salehi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə də görüşüb. Hər iki görüşdə də Suriyada yaranmış böhranın aradan qaldırılması üçün irəli sürülən 6 maddəlik Annan planı, məsələnin həllində uzlaşma yolları müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR