İki yaşlı uşaq su kanalında boğulub

İki yaşlı uşaq su kanalında boğulub
# 12 avqust 2012 17:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda iki yaşlı uşaq su kanalında boğulub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda, 2010-сu il təvəllüdlü Nərmin Pərvin qızı Hüseynova Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaradırnaq kəndindən keçən hissəsində batdığı bildirilib.

Nazirliyin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub, axtarışlara başlanılıb.

N. Hüseynovanın cəsədi batdığı yerdən, təxminən, 1200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR