Bakıda adam öldürməkdə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda adam öldürməkdə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib
# 03 sentyabr 2012 13:58 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 27 dekabr 2011-ci il tarixdə Bədəlov Namiq Nizami oğlu, qohumu Qasımov Hilal Nadir oğlu, tanışları Yəhyayev İbrahim Zakir oğlu, Aslanov Orxan Hikmət oğlu, Hacıbabayev Elman Arif oğlu ilə birlikdə Məmmədov Faiq Tofiq oğlu, sonuncunun qardaşı Məmmədov Natiq Tofiq oğlu, İsmayılov Azər Mufit oğlu və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə internet şəbəkəsi vasitəsilə yazışma zamanı aralarında yaranmış narazılıqla bağlı qabaqcadan razılaşmaqla qeyd olunan ünvanda görüşüblər.

Bu zaman aralarında yaranmış mübahisə nəticəsində 1989-cu il təvəllüdlü Azər İsmayılov xuliqanlıq niyyəti ilə özündə olan bıçaqla 1989-cu il təvəllüdlü İbrahim Yəhyayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəsici-deşici xəsarətlər yetirməklə qəsdən öldürüb. Bundan başqa o, 1986-cı il təvəllüdlü Elman Hacıbabayevə də xəsarət yetirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR