Argentina ölkənin nəhəng neft şirkətini milliləşdirir

Argentina ölkənin nəhəng neft şirkətini milliləşdirir
# 17 aprel 2012 07:32 (UTC +04:00)
Bakı - APA-Economics. Argentina prezidenti Kristina Fernandes de Kirşner ölkənin nəhəng neft şirkəti olan “Yacimientos Petroliferos Fiscales” (YPF) şirkətinin milliləşdirilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, sənəddə “ictimai rifah məqsədilə” YPF-nin 51%-nin milliləşdirilməsini təklif edib.

İspaniyanın “Repsol” şirkətinin törəmə müəssisəsi olan YPF-nin milliləşdirilməsi qərarı Madriddə kəskin reaksiya doğurub. Bunu düşmənçilik kimi qiymətləndirən İspaniya Argentina hökumətini “sərt və davamlı tədbirlər”lə hədələyib.

Qeyd edək ki, 1922-ci ildə yaradılan YPF uzun illər dövlət şirkəti olub, 1990-cı illərin əvvəlində isə şirkətin özəlləşdirilməsinə başlanıb. 1999-cu ildə YPF tamamilə “Repsol” şirkətinin nəzarətinə keçib. Hazırda İspaniya şirkəti YPF-nin səhmlərinin 57%-nə sahibdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR