Azərbaycan Ceyhan limanından xam neftin ixracını azaldıb

Azərbaycan Ceyhan limanından xam neftin ixracını azaldıb
# 04 sentyabr 2012 13:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayında Azərbaycan Respublikası dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yında Novorossiysk limanından 129 645 ton, Supsa limanından 242 127 ton, Ceyhan limanından isə 1 612 147 ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, əvvəlki aya nisbətən Novorossiysk limanından ixrac olunmuş neftin həcmi 18,7%, Supsa limanından 23,2%, Ceyhan limanından isə 14,5% azalıb.

Bu ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 1 274 594 ton, Supsa limanından 1 853 907 ton, Ceyhan limanından isə 13 850 673 ton xam neft ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2% və 5,4% artıb və 11,7% azalıb.

Qeyd edək ki, ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.

Xatırladaq ki, avqust ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 113,37 ABŞ dollarına, «Urals» nefti 113,10 dollara, «Azeri Light» tipli xam neft isə 114,53 dollara satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR