Qobustan Həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Qobustan Həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 10 sentyabr 2012 13:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1971-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 317.2.1 və 67.1 maddələri ilə təqsirli bilinərək 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rezi Sabir oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostları - vətəndaş Anar Cəlal oğlu Dilanov və vətəndaş Elçin Səfər oğlu Ələsgərovun gətirdikləri sovqata baxış keçirilib. Bu zaman bir cüt kişi ayaqqabısının daban hissəsindəki oyuqlara yerləşdirilmiş ümumi xalis çəkisi 20,69 qram narkotik vasitə olan “Tiryək” və xalis çəkisi 5,54 qram olan “Marixuana” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR