Siyavuş Novruzov: “Avropa Parlamentinə göndərilən sənədə imza atan partiyaların hər biri Ümid Partiyasından çox-çox böyükdür”

Siyavuş Novruzov: “Avropa Parlamentinə göndərilən sənədə imza atan partiyaların hər biri Ümid Partiyasından çox-çox böyükdür”
# 19 sentyabr 2012 14:09 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S. Novruzov Ümid Partiyasının Avropa Parlamentinə göndərilən sənədə imza atmamasının anlaşılmaz olduğunu deyib: “İmza atan partiyaların hər biri Ümid Partiyasından çox-çox böyük, Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər rol oynayan partiyadır. Burada nəyəsə irad varıydısa, deyiləydi. Biz konsensusa gələrək verilən təklifləri nəzərə almaqla sənədi Avropa Parlamentinə göndərdik. Bu onu göstərdi ki, siyasi partiyalar baxışlarından asılı olmayaraq, ümummilli məsələlərdə birlikdədir. Ümummilli məsələlərdən kənarda qalanların yəqin hansısa planları var. Bunu özləri açıqlayarlar, cəmiyyət də başa düşər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR