Minsk metrosunda törədilən terror aktında təqsirli bilinən ikinci şəxsin edam olunması barədə xəbər yayılıb

Minsk metrosunda törədilən terror aktında təqsirli bilinən ikinci şəxsin edam olunması barədə xəbər yayılıb
# 17 mart 2012 18:55 (UTC +04:00)
Bakı – APA. Belarusun paytaxtı Minsk şəhərinin metrosunda törədilən terror aktında iştirakda təqsirli bilinən ikinci şəxs Dmitriy Konovalovun edam olunması barədə Belarus internet saytlarında xəbər yayılıb.

APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumat rəsmi olaraq təsdiq olunmayıb.
Qeyd edək ki, bu gün eyni ittihamla Vitebskda yaşayan Vladimir Kovalyov edam olunub. Onun anası Lyubov Kovalyova ev ünvanına oğlunun edam olunması ilə bağlı məktub alıb.

Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib. Nəticədə 15 nəfər ölüb, yüzlərlə sərnişin xəsarət alıb. İstintaq nəticəsində məlum olub ki, terror aktı Vitebsk şəhərindən olan iki fəhlə Vladislav Kovalyov və Dmitri Konovalov tərəfindən törədilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR