Sevdiyi qızı qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Sevdiyi qızı qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
# 28 iyul 2012 09:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bakı Apellyasiya Məhkəməsində sevdiyi qızı odlu silahla qətlə yetirən və özünü isə yaralayan Ramin Əsgərovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Ramin Əsgərov münaqişə zəminində Aytən Şahbazovanı güllələyib, daha sonra isə odlu silahla özünü yaralayıb. A. Şahbazova hadisə yerində dünyasını dəyişib, R. Əsgərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyləri nəticəsində onu xilas etmək mümkün olub. İstintaq zamanı müəyyən edilib ki, hadisənin baş verməsinə A. Şahbazovanın Ramin Əsgərovdan ayrılmaq istəyi səbəb olub. A. Şahbazova Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Əsgərov 15 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR