ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Riçard Morninqstarın Azərbaycana səfir postuna təyinatı ilə bağlı müzakirələr keçirilib - YENİLƏNİB

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Riçard Morninqstarın Azərbaycana səfir postuna təyinatı ilə bağlı müzakirələr keçirilib - <font color=red>YENİLƏNİB</font>
# 14 iyun 2012 06:51 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasa xanım senator Cin Şahin sədrlik edib. Riçard Morninqstar senatorların Azərbaycan və regionla bağlı suallarını cavablandırıb.

Səfir postuna namizəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunarkən bildirib ki, bu münaqişənin həlli təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün vacibdir: “Bütün Qafqaz regionunda stabilliyin möhkəmləndirilməsinə Dağlıq Qarabağ münaqişəsinin həlli qədər kömək edə biləcək ikinci bir şeyi təsəvvür etmək mümkün deyil. Münaqişənin həlli böyük iqtisadi inkişafa siyasi stabilliyə səbəb olacaq, buna görə də həll çox vacibdir”.

Riçard Morninqstar qeyd edib ki, münaqişənin nizamlanması Ermənistan üçün yeni iqtisadi imkanlar açacaq, münaqişəyə cəlb olunmuş ölkələr, həmçinin bütün region üçün xeyir gətirəcək: “Bu münaqişənin həlli Azərbaycana öz diqqətini siyasi mühit və təhlükəsizlik sahəsində bir sıra məsələlər üzərində cəmləşdirməyə imkan verəcək”.

Senator Cin Şahin ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana son səfərini xatırladıb, səfər zamanı insan haqları ilə bağlı məsələləri müzakirə olunduğunu deyib. Riçard Morninqstar bildirib ki, səfir təyin olunacağı təqdirdə insan haqlarına daha çox diqqət ayıracaq. O xatırladıb ki, Bəxtiyar Hacıyev Hillari Klintonun səfəri ərəfəsində vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb və ABŞ Bəxtiyar Hacıyevin işini izləməkdə davam edəcək.

Səfir postuna namizəd energetika ilə bağlı sualları da cavablandırıb. “Cənub dəhlizi” və TANAP layihələrinin reallaşmasının vacibliyini vurğulayan Morninqstar bildirib ki, “Şahdəniz” konsorsiumu layihənin taleyini 2013-cü ilin ortalarına kimi müəyyənləşdirəcək: “Hər şeydən əvvəl enerji resurslarını Avropaya çatdıracaq “Cənub dəhlizi” layihəsini inkişaf etdirmək lazımdır. Çünki bu məsələdə tələsməsək, Azərbaycan başqa yollar tapa bilər”.

Senator Robert Menendes də səfirliyə namizədə bir neçə sual ünvanlayıb. Qoşunların təmas xəttində baş verən son insidentləri xatırladan senator bildirib ki, Azərbaycan tərəfin atəşkəsi pozması nəticəsində 3 erməni hərbçisi ölüb. Riçard Morninqstar bu sualı belə cavablandırıb: “ABŞ-ın məhz bu ölkədə səfiri postuna namizəd göstərildiyimə görə çox xoşbəxtəm. Azərbaycan – ABŞ-ın maraqları üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən ölkədir. Əgər bu posta təsdiqlənsəm, ABŞ administrasiyasının siyasətinə uyğun hərəkət edəcəyəm”. Azərbaycanın silah alması barədə sualı cavablandıran Morninqstar bildirib ki, Azərbaycanın çox çətin ətrafı, çox çətin qonşuları var.

Müzakirələrin sonunda C. Şahin prosedura uyğun olaraq namizədə əlavə hansısa sualları yarana biləcək senatorların bunu etməsi üçün 48 saat vaxt təyin edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR