Adil İsmayılov: “Elşad Abdullayev bəyanatında niyə belə etdiyini açıqlayıb”

Adil İsmayılov: “Elşad Abdullayev bəyanatında niyə belə etdiyini açıqlayıb”
# 26 sentyabr 2012 13:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Elşad Abdullayev sentyabrın 19-da mətbuat üçün geniş bəyanat yayıb”. Bu sözləri APA-ya açıqlamasında hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Strasburqda yaşayan rektoru Elşad Abdullayevin vəkili Adil İsmayılov deyib.

A. İsmayılov müvəkkili tərəfindən yayılan bəyanatda bütün məsələlərə aydınlıq gətirildiyini qeyd edib: “Elşad Abdullayev bəyanatında bu əməlləri nə üçün etdiyini açıqlayıb. Həmçinin onda Gülər Əhmədova ilə bağlı video görüntünün olduğunu da bildirib ”.

Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

G. Əhmədova isə APA-ya açıqlamasında video materialın montaj olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR