Arif Hacılı: “Hakimiyyət yaxın vaxtlarda Müsavat Partiyasının qurultayı ilə bağlı qərar qəbul edəcək”

Arif Hacılı: “Hakimiyyət yaxın vaxtlarda Müsavat Partiyasının qurultayı ilə bağlı qərar qəbul edəcək”
# 08 oktyabr 2012 11:37 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının VIII qurultayı ilə bağlı bütün işlər artıq yekunlaşıb, cavab gözləyirik”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Onun sözlərinə görə, partiya qurultayının keçirilməməsinə yeganə səbəb qurultay üçün müvafiq yerin ayrılmamasıdır: “Müvafiq qurumlara qurultayla bağlı müraciət etmişik. Lakin hələ də cavab almamışıq. Partiya üçün müvafiq yer ayrılan kimi qurultay keçiriləcək”.

A.Hacılı həmçinin qeyd edib ki, hakimiyyətin yaxın vaxtlarda bu məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR