Azərbaycana daha 1 200 baş damazlıq mal-qara gətiriləcək

Azərbaycana daha 1 200 baş damazlıq mal-qara gətiriləcək
# 01 noyabr 2012 10:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İndiyə qədər Azərbaycana 5 minə yaxın damazlıq mal-qara gətirilib. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib: «Bu mal-qaranın ölkəmizdəki artımından sonra onların sayı 7 300-ü keçib. Bundan sonra daha 1 200 heyvanın gətirilməsi nəzərdə tutulur».

İ.Abasov qeyd edib ki, damazlıq heyvanlar xüsusi qulluq tələb edir. Onun sözlərinə görə, belə heyvanların ölkəyə gətirilməsi üzrə proqramın ilk illərində düzgün qulluq həyata keçirilmədiyinə və lazımi şəraitin yaradılmadığına görə, bir neçə damazlıq heyvan tələf olub. Amma hazırda belə heyvanlar yalnız müvafiq şəraiti olan təsərrüfatlara ayrılır ki, bu da onların səmərəli istifadə edilməsinə imkan verir.

«Biz İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə həyata keçirilən layihələr çərçivəsində belə heyvanları ölkəmizdə yeni yaradılan heyvandarlıq komplekslərinin sifarişi əsasında gətiririk. Bu, daha effektlidir və belə heyvanların alınması üçün demək olar ki, növbə yaranıb», - deyə kənd təsərüfatı naziri vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR