Magistral qaz kəmərində baş verən qəza ilə əlaqədar ölkənin şimal-qərb bölgəsinə təbii qazın verilişi dayandırılıb

Magistral qaz kəmərində baş verən qəza ilə əlaqədar ölkənin şimal-qərb bölgəsinə təbii qazın verilişi dayandırılıb
# 07 noyabr 2012 07:31 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, ötən gündən əhaliyə xəbərdarlıq edilmədən ölkənin şimal-qərb rayonlarına (Balakən, Zaqatala, Qax, Şəki və Oğuz) təbii qazın verilməsi dayandırılıb.

Zaqatala Qaz İstismarı İdarəsindən APA-ya bildirilib ki, təbii qazın kəsilməsi magistral qaz kəmərində baş verən qəza ilə bağlıdır. Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Günün sonuna təmir işlərinin başa çatdırılacağı və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR