Sergey Lavrov: “Rusiya BMT Təhlükəsizlik Şurasının qeyri-formal iclasında Suriya problemi ilə bağlı konfrans keçirməyi təklif edib” - FOTO

Sergey Lavrov: “Rusiya BMT Təhlükəsizlik Şurasının qeyri-formal iclasında Suriya problemi ilə bağlı konfrans keçirməyi təklif edib” - <font color=red>FOTO</font>
# 09 iyun 2012 16:30 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-formal iclasında Rusiya Suriya problemi ilə bağlı konfrans keçirməyi təklif edib: “Bu konfransda Suriyadakı güclərə təsir edən ölkələr iştirak edə bilər. Bizim fikrimizcə, bunlar BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri, Suriyanın qonşuları - İraq, Livan, İordaniya, Türkiyə və Ərəb Liqası ölkələridir. Bundan başqa konfransda Səudiyyə Ərəbistanı, BMT və Avropa Birliyi də iştirak etməlidir. Biz istəyirik ki, konfrans açıq şəraitdə keçsin. Tərəflər öz fikirlərini açıq bildirsinlər”.

Sergey Lavrov konfransı keçirməkdə məqsədlərinin Suriya konfliktinin tez bir zamanda həlli edilməsi ilə bağlı olduğunu söyləyib: “Suriyadakı konfliktin həllini tənzimləyən Annan planının tam həyata keçirilməməsinin səbəblərini bu konfransda araşdıracağıq. Biz tez bir zamanda bu konfransı keçirmək istəyirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR