Azərbaycanda dolların birja məzənnəsi yanvarda 0,03% enib

Azərbaycanda dolların birja məzənnəsi yanvarda 0,03% enib
# 15 fevral 2012 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yanvar ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,03% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7857 AZN-dən 0,7855 AZN-dək enib. Nəticədə milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi yanvar ayında 0,7857 AZN-ə bərabər olub. Qeyd edək ki, 2011-ci ilin dekabr ayında bu göstərici 0,7857 AZN təşkil edib.

Xatırladaq ki, yanvar ayında BBVB-nin valyuta bölməsində keçirilən 36 ticarət sessiyasında 9 bankın iştirakı ilə 64,820 mln. manat həcmində 28 alqı-satqı əqdi qeydə alınıb. Bu isə dekabr ayı ilə müqayisədə 3,1% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR