ANAMA-da Xorvatiya Mina Əməliyyatları Mərkəzinin baş direktoru ilə görüş keçirilib

ANAMA-da Xorvatiya Mina Əməliyyatları Mərkəzinin baş direktoru ilə görüş keçirilib
# 20 aprel 2012 14:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Xorvatiya Mina Əməliyyatları Mərkəzinin (CROMAC) baş direktoru Zdravko Modruşanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan və Xorvatiya hökumətləri arasında bu yaxınlarda imzalanmış humanitar minatəmizləmə sahəsində əməkdaşlığa dair Memorandumun bəndlərinin yerinə yetirilməsi müzakirə edilib.

Azərbaycanda ANAMA tərəfindən hazırlanmış və sərhəd rayonların orta məktəblərində tədris olunan Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) dərsliyi Xorvatiya nümayəndə heyətinin marağına səbəb olub. Onlar Xorvatiyanın da bu sahədə müəyyən layihələri nəzərdən keçirdiyini bildiriblər. Dərsliyin ingilis dilində versiyası ilə tanış olan CROMAC nümayəndə heyəti Azərbaycanın bu sahədə təcrübəsini öyrənib Xorvatiyada tətbiq etmək niyyətində olduqlarını açıqlayıblar.

ANAMA-nın baş direktoru Nazim İsmayılov isə bununla bağlı agentlik tərəfindən Xorvatiyada pilot layihənin həyata keçirilməsini təklif edib. ANAMA-nın təklif etdiyi layihə çərçivəsində Azərbaycanın hazırladığı dərslik xorvat dilinə tərcümə olunacaq, azərbaycanlı mütəxəssislər tərəfindən MTM dərslərini tədris edən xorvat mütəxəssislərə təlim keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR