Sabirabada dolu düşüb

Sabirabada dolu düşüb
# 09 may 2012 16:45 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda uzun müddət intensiv yağış yağıb və rayonun bəzi ərazilərinə dolu düşüb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun APA-ya bildirdiyinə görə, mayın 8-də Sabirabadın rayon mərkəzinə və mərkəzə yaxın bir neçə kəndə dolu düşüb. Bəzi kəndlərdə isə 5-6 saat ərzində gur yağış yağıb. Kənd təsərrüfatına qismən ziyan dəyib. Belə ki, sahələrdən yığılmamış və preslənmiş otlara yağış ziyan vurub. Dolu rayon mərkəzində bəzi evlərin dam örtüyünü zədələyib. Bir neçə yerdə elektrik dirəkləri aşıb. Yağışın vurduğu fəsadlar operativ şəkildə aradan qaldırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR