Şabranda 22 yaşlı oğlan özünü asıb

Şabranda 22 yaşlı oğlan özünü asıb
# 15 oktyabr 2012 08:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Şabran rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Ağbaş kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Ələkbərov Nəsbulla Əbdülməmi oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR