Zərdabda polis əməkdaşı maşınla piyadanı vurub

Zərdabda polis əməkdaşı maşınla piyadanı vurub
# 21 aprel 2012 15:46 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə bu gün rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, Ramin Məmmədovun idarə etdiyi «VAZ-2106» markalı avtomaşınla yol kənarında təmir işləri aparan piyada Qasım Qasımovu vurub. Yaralı təcili olaraq Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, avtomobil sürücüsü R.Məmmədov Zərdab rayon Polis Şöbəsinin əməkdaşıdır. Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR