Azərbaycan prezidenti Litva daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan prezidenti Litva daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - <font color=red>FOTO</font>
# 06 sentyabr 2012 15:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da Litvanın daxili işlər naziri Arturas Melianasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, A. Melianas ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından səfərin əhəmiyyətini qeyd edib. O, səfəri çərçivəsində təmsil etdiyi qurumla Azərbaycanın Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığa dair imzalanacaq müqavilənin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində, dövlət başçısı ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı perspektivin olduğunu deyib. Prezident təbii fəlakətlər zamanı ölkələrarası əlaqələndirmənin və qarşılıqlı yardımın əhəmiyyətini vurğulayıb.

Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin güclü maddi-texniki bazaya, müasir texnika və infrastruktura malik olduğunu deyən dövlət başçısı bu sahədə qarşılıqlı təcrübə mübadiləsi aparılmasının önəmini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR