Tehranda 10 nəfər həbs olunub

Tehranda 10 nəfər həbs olunub
# 02 mart 2012 14:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın paytaxtı Tehran şəhərində martın 2-də keçirilən IX çağırış parlament seçkiləri ilə əlaqədar 10 nəfər həbs olunub. APA-nın İLNA-ya istinadən məlumatına görə, bunu Tehran şəhər Polis İdarəsinin seçkilər üzrə inzibati komitəsinin sədri Məhəmməd Təqi Baqiri deyib. O bildirib ki, saxlanılan şəxslər seçki günü pozuculuq fəaliyyəti ilə məşğul olmaq niyyətində olublar: “Bu adamlar 4-5 gündür həbs edilib. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR