«Unileasing» yeni istiqrazların yerləşdirilməsinə başlayır

«Unileasing» yeni istiqrazların yerləşdirilməsinə başlayır
# 23 iyul 2012 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gündən etibarən «Unileasing» QSC-nin yeni emissiya olunmuş istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, yerləşdiriləcək istiqrazların sayı 5 min ədəd, bir istiqrazın nominal dəyəri 1 000 manat, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Bununla yanaşı, istiqrazların tədavül müddəti 12 ay, istiqraz, istiqraz üzrə gəlirlik 9,5%, faiz ödəniş dövrünün müddəti isə 180 gündür. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək.

Qeyd edək ki, istiqrazların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR