Asiya İnkişaf Bankı Torpaqların Alınması və Köçürülmə Fəaliyyətinin Gücləndirilməsi üzrə Bakıda işçi qrupunun ilk görüşünü keçirib

Asiya İnkişaf Bankı Torpaqların Alınması və Köçürülmə Fəaliyyətinin Gücləndirilməsi üzrə Bakıda işçi qrupunun ilk görüşünü keçirib
# 28 sentyabr 2012 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Mərkəzi və Qərbi Asiya regionunda Torpaqların Alınması və Köçürülmə Fəaliyyətinin Gücləndirilməsi üzrə AİB-in texniki yardımı çərçivəsində Bakıda işçi qrupunun ilk görüşünü keçirib.

AİB-in Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, işçi qrupu Nəqliyyat, Fövqəladə Hallar, Maliyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, «Azərenerji» ASC, «Azəryolservis» ASC, «Meliorasiya və Su Təsərrüfatı» ASC-də daxil olmaqla 13 üzv qurumdan ibarətdir. İşçi qrupunun işinə Maliyyə Nazirliyi rəhbərlik edir.

Texniki yardım bu ilin yanvarın 30-da başlayıb və onun məqsədi torpaq və məcburi köçürülmənin tələb olunduğu infrastruktur layihələrinin daha effektiv həyata keçirilməsinə kömək etməkdir. Texniki yardım daha yaxşı torpaq alınması və köçürülmə planları hazırlamaq, icra proseduraları və texniki vasitələri inkişaf etdirmə potensialının artırılmasına kömək edir.

İşçi qrupu işinə potensialın və torpaq mülkiyyəti məsələlərinin təhlili ilə başlayıb. Görüşü AİB-in məsləhətçisi koordinasiya edib. Texniki yardım 2014-cü ilin fevralında başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR