“Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” mövzusunda dövlətlərarası forum keçirilib
18 sentyabr 2012 13:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin əlaqələrinin genişləndirilməsi çərçivəsində “Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” başlığı altında dövlətlərarası forum keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin nümayəndə heyəti iştirak edib.
Forum çərçivəsində MDB ölkələrinin səhiyyə və əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri əks etdirən sərgi təşkil edilib. Sağlam həyat tərzinin formalaşması, cəmiyyət narkotiklərə qarşı, əhalinin sağlamlığı və müalicə-sağlamlaşdırma turizmi və sair mövzularda elmi-praktiki konfranslar keçirilib. Forum iştirakçıları ölkələr arasında elmi və praktiki əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, həmçinin belə bir tədbirin gələcək illərdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər. Tədbir iştirakçıları sonda əldə olunmuş nəticələrə və gələcəkdə birgə fəaliyyətin təşkili işinə dair bəyannamə qəbul ediblər.

Sosial
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024
NİİM Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib
19:56
11 may 2024
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib
19:40
11 may 2024
RSXM: Lənkəranda əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb
19:10
11 may 2024