Bolqarıstan aeroportunda terror aktı törətmiş kamikadzenin şəxsiyyəti müəyyənləşib

Bolqarıstan aeroportunda terror aktı törətmiş kamikadzenin şəxsiyyəti müəyyənləşib
# 19 iyul 2012 10:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bolqarıstan aeroportunda terror aktı törətmiş kamikadzenin şəxsiyyəti müəyyənləşib. APA-nın məlumatına görə, bu barədə Bolqarıstanın daxili işlər naziri Tsvetan Tsvetanov məlumat verib. Onun sözlərinə görə, kamikadzenin üzrənidə ABŞ vətəndaşına məxsus saxta sürücülük vəsiqəsi tapılıb.

Xatırladaq ki, dünən Bolqarıstanın Burqos şəhərində yerləşən Safarovo aeroportunda partlayış baş verib. Partlayış nəticəsində 8 nəfər ölüb, 30 nəfər yaralanıb. Kamikadze partlayıcı qurğunu israilli turistlərin mindiyi avtobusda işə salıb. Terror aktı ilə bağlı araşdırmalar aparmaq üçün İsrail xüsusi xidmət orqanlarının əməkdaşları Bolqarıstana gediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR