Ombudsman Aparatının əməkdaşları təcridxanaya, polis bölməsinə və internat evinə başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları təcridxanaya, polis bölməsinə və internat evinə başçəkmə həyata keçiriblər
# 06 aprel 2012 12:26 (UTC +04:00)
Bakı-APA. Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Xəzər Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma təcridxanasına (MST), həmin idarənin 1-ci polis bölməsinə başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər.
MPM qrupunun üzvləri adı çəkilən MST və polis bölməsində saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olub, pozuntu halları aşkar edilməyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki 3 saylı İnternat evinə də başçəkmə həyata keçirilib, burada əqli qüsurlu uşaqların saxlanma şəraiti və onlarla rəftar araşdırılıb. Müəssisənin bütün obyektlərinə, yataq, məşğələ və sinif otaqlarına, yeməkxanaya, hamama baxış keçirilmiş, araşdırma zamanı burada müəssisə rəhbərliyi, tərbiyəçilər və dayələr tərəfindən uşaqlara qarşı zorakılıq halları müəyyən edilməyib.
Qeyd olunub ki, bu İnternat evi ötən il əsaslı təmir olunmuşdur və müasir standartlara cavab verir, müəssisədə sanitar-gigiyena qaydalarına riayət edilir. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR