Suriyada hökumət qüvvələrinə qarşı döyüşən 3 türk öldürülüb

Suriyada hökumət qüvvələrinə qarşı döyüşən 3 türk öldürülüb
# 17 avqust 2012 22:47 (UTC +04:00)
Bakı-APA. Suriyada hökumət qüvvələrinə qarşı döyüşən 3 Türkiyə vətəndaşı qətlə yetirilib. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir. Məlumata görə, Osman Karahan, Metin Ekinci və Baki Yigit «Əl-Qaidə» terror şəbəkəsinin üzvü olublar.

Baki Yigit 2003-cü ildə İstanbulda terror aktı planlaşdırmaq ittihamı ilə həbs olunub və şərti azadlıqdan məhrum edilib. Metin Ekincinin qardaşı Azad Ekinci həmin terror aktının planlaşdırıcısı olub. Osman Karahan isə həmin prosesdə «Əl-Qaidə»çilərin vəkili kimi iştirak edib.

Xatırladaq ki, sözügedən terror aktında 57 nəfər həlak olmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR