Azərbaycan Beynəlxalq Bankının depozit portfeli 45% artıb

Azərbaycan Beynəlxalq Bankının depozit portfeli 45% artıb
# 25 aprel 2012 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2012-ci ilin I rübün sonuna 2,763 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 45% çoxdur.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 990,8 mln. manata bərabər olub ki, bu da ötən ilin aprelin 1-nə nisbətən 34,1% çoxdur.

Bu vəsaitlərdən 220 mln. manatı tələb olunanadək, 770,8 mln. manatı isə müddətli əmanətlərin payına düşüb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və şəxslərə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR