İctimai Palatanın MM-in qarşısına təyin etdiyi piketin təşkilatçıları polisə çağırılıblar

İctimai Palatanın MM-in qarşısına təyin etdiyi piketin təşkilatçıları polisə çağırılıblar
# 01 noyabr 2012 14:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palatanın noyabrın 2-nə təyin etdiyi piketin təşkilatçıları saat 18.00-da Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar.

Vətəndaş Həmrəyliyi Partiyasının Sədr Aparatının rəhbəri Azər Canıyevin APA-ya verdiyi məlumata görə, BŞBPİ-dən onu, Müsavat Gənclər Təşkilatının üzvü İdris Əmiraslanlını və AXCP üzvü Ramiz Əhədovu polisə dəvət ediblər. Onları baş idarənin rəis müavini Səhlab Bağırovun qəbul edəcəyi deyilib.

Təşkilatçılarla noyabrın 2-də İP-in Milli Məclisin binası qarşısında keçirəcəyi aksiya ilə bağlı profilaktik söhbət aparılacaq.

Qeyd edək ki, İP noyabrın 2-də saat 12.00-da Milli Məclisin binası qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda ediləcək dəyişikliklərə etiraz olaraq, “Sərbəst toplaşma azadlığına qoyulan qadağaya yox deyirik!” şüarı ilə piket keçirəcək.

Bakı Şəhər İcra Hakimiyyəti isə İctimai Palatanın bu aksiyasının adıçəkilən yerdə keçirilməsini məqsədəuyğun saymayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR