“Rəvan” klubunun baş məşqçisi istefaya göndərilib

“Rəvan” klubunun baş məşqçisi istefaya göndərilib
# 06 fevral 2012 08:03 (UTC +04:00)
Bakı – APA. “Rəvan” futbol klubunun baş məşqçi postunda dəyişiklik baş verib. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.

O bildirib ki, 42 yaşlı çalışdırıcı Vladislav Qədirov istefaya göndərilib: “Bu, klub rəhbərliyinin qərarıdır. Onun yerinə Bəhmən Həsənov təyin olunub. Ancaq bu, müvəqqəti təyinatdır. Yəni çempiona az qalıb və əvvəl də komandanı çalışdırmış Həsənov bir müddət bu vəzifəni icra edəcək. Biz yeni baş məşqçi axtarışında olacağıq”.

Həsənov “Rəvan”ın debüt mövsümünü keçirdiyi Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşüb. O, cari mövsümün VI turunda “Sumqayıt Şəhər”lə evdəki qolsuz bərabərlikdən sonra istefa vermişdi.

Qeyd edək ki, bu, cari mövsümdə 7-ci istefadır. Həsənovdan başqa rumıniyalı Mirça Rednikin “Xəzər Lənkəran”dan, ingilis Toni Adamsın “Qəbələ”dən, Elxan Abdullayevin AZAL-dan, Mehman Allahverdiyevlə Mirbağır İsayevin “Kəpəz”dən gedişi reallaşmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR