Almatı-Bakı aviareysini yerinə yetirən təyyarənin qəza enişi etməsi ilə bağlı rəsmi açıqlama verilib

Almatı-Bakı aviareysini yerinə yetirən təyyarənin qəza enişi etməsi ilə bağlı rəsmi açıqlama verilib
# 22 iyun 2012 10:52 (UTC +04:00)
Ofisdən “APA-Economics”ə verilən açıqlamada bildirilir ki, “Airbus A320” təyyarəsi ilə yerinə yetirilən uçuş zamanı təyyarənin arxa yük yerində tüstülənmə baş verməsi səbəbindən siqnalizasiya işə düşüb.

Təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq yaxınlıqdakı Şımkent aeroportuna eniş barədə qərar qəbul olunub. Təyyarə yerli vaxtla saat 11:20-də Şımkent aeroportunda eniş edib. Dərhal sərnişinlərin təyyarəni tərk etməsi təmin olunub, yüklər isə boşaldılıb. Yük yerinin sonunda tüstülənmənin mənbəyi müəyyən olunub və söndürülüb. Bu, içində tibbi preparatlar olan çanta olub.

İnsident zamanı sərnişinlərə və təyyarəyə heç bir zərər dəyməyib. Hazırda hadisənin səbəbləri araşdırılır. Şımkentə mühəndislərdən ibarət qrup göndərilib. Sərnişinlər bütün zəruri prosedurlara riayət olunmaqla Bakıya göndəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR