TQDK buraxılış imtahanlarında təqdim olunacaq yazı işi mövzularını açıqlayıb

TQDK buraxılış imtahanlarında təqdim olunacaq yazı işi mövzularını açıqlayıb
# 17 may 2012 06:44 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, inşa yazı işləri IX və XI siniflərin Azərbaycan və rus bölmələri üzrə müəyyən olunub. IX sinfin AZərbaycan və rus bölmələri üzrə 80, XI sinfin Azərbaycan və rus bölmələri üzrə isə 85 yazı işi mövzusu təqdim edilib.
Bundan başqa, TQDK tərəfindən IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili ) və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri də hazırlanıb. Test tapşırığı nümunələri və yazı işi mövzuları TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR