Nəsimi və Nərimanov rayonlarının su təminatında fasilələr olacaq

Nəsimi və Nərimanov rayonlarının su təminatında fasilələr olacaq
# 21 fevral 2012 08:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərsu» ASC Bakı şəhərinin Nəsimi rayonu, 3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar fevralın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abonentlərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR