Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkil etdiyi konfransda iştirak edib - FOTO

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkil etdiyi konfransda iştirak edib - <font color=red>FOTO</font>
# 16 fevral 2012 14:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkil etdiyi konfransda iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans Hollandiyanın Haaqa şəhərində, “Bandalar, silahlar və xuliqanlıq” mövzusunda baş tutub.
Konfransın əsas məqsədi son zamanlar Avropada baş vermiş bəzi dəhşətli zorakılıq cinayətlərinin öyrənilməsi olub. Belə ki, konfransda ötən il Londonda törədilmiş kütləvi iğtişaşların, Norveçdə baş vermiş terror zamanı insanların qətlə yetirilməsinin səbəbləri, hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən görülmüş tədbirlər müzakirə edilib.
Konfransda K.Əliyev “Postsovet dövründə zorakılıq cinayətləri” mövzusunda çıxış edib. Çıxışda müstəqillik dövründə zorakılıq cinayətlərinin tendensiyası, statistik məlumatlar və zorakılıq cinayətləri ilə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Səfər çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Derk Kuipers və qurumun Kommunikasiya meneceri Janne Holst Hübnerlə aparılmış danışıqlar zamanı J.Hübnerin 26-28 fevral 2012-ci il tarixlərdə Azərbaycan Respublikasına işgüzar səfəri barədə razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR