Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,3% enib
# 30 mart 2012 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 146 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 403 bəndədək, Nasdaq 0,3% - 3 095 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında martın 29-da FTSE 100 indeksi 1,1% - 5 742 bəndədək, Almaniya DAX-ı 1,8% - 6 875 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 381 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 661,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3350 (+0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR