Bakıda Bülbülün abidəsinin açılışı olub - FOTOSESSİYA

Bakıda Bülbülün abidəsinin açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 31 oktyabr 2012 11:57 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident abidənin üzərindəki örtüyü götürüb, önünə gül dəstəsi qoyub.

Dövlət başçısı mərasimdə çıxış edib.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Arif Babayev, Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışıblar.

Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanan abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR